İcra Hakimiyyəti
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının icrası olaraq 23 fevral 2017-ci il tarixli 20 nömrəli sərəncamı ilə Rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı aşağıdakı tərkibdə təsdiq edilmişdir:
Quliyev Məhərrəm Böyükağa oğlu -Rayon icra hakimiyyətinin başçısı
Ağamalıyeva Mirvari Ağamalı qızı - Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Məhərrəmov Səbuhi Məzahir oğlu -Hüquq şöbəsinin müdiri.
* * * * * * * *
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 03 may tarixli, 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrası olaraq Goranboy Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 03 may tarixli, 48 nömrəli sərəncamı ilə Rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahı aşağıdakı tərkibdə müəyyən edilmişdir:
Quliyev Məhərrəm Böyükağa oğlu - Rayon icra hakimiyyətinin başçısı
Ağamalıyeva Mirvari Ağamalı qızı - Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Məhərrəmov Səbuhi Məzahir oğlu - Hüquq şöbəsinin müdiri.