İcra Hakimiyyəti
Goranboy rayonu ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi və nəticələrinin aradan qaldırılması məqsədi ilə inzibati ərazi dairələri üzrə təyin edilmiş məsul şəxslərin elektron poçt ünvanları və mobil əlaqə nömrələri barədə
GORANBOY RAYON İCRA HAKİMİYYƏTİ
SƏRƏNCAM
1 oktyabr 2026-cı il 5-45/3-3-157/2026
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
rəhbəri cənab Samir Nuriyevin 24 iyun 2023-cü il tarixli 1-1-
2/2-448/2023 nömrəli məktubuna əsasən Goranboy rayonu
ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanun
pozuntularının vaxtında aşkar edilməsi və nəticələrinin
aradan qaldırılması məqsədi ilə rayon İcra Hakimiyyətinin
məsul əməkdaşlarından ibarət mobil qrupların yaradılması ilə
əlaqədar kadr dəyişiklikləri ilə bağlı Goranboy rayon İcra
Hakimiyyəti başçısının 01 iyul 2025-ci il tarixli 141 nömrəli
Sərəncamına dəyişiklik edilməsi barədə
Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 3.11.5-ci bəndinə və
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir
Nuriyevin 24 iyun 2023-cü il tarixli 1-1-2/2-448/2023 nömrəli məktubuna əsasən
Goranboy rayonu ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanun
pozuntularının vaxtında aşkar edilməsi və nəticələrinin aradan qaldırılması məqsədi ilə
rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarından ibarət mobil qrupların yaradılması
ilə əlaqədar kadr dəyişiklikləri ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti başçısının 01
iyul 2025-ci il tarixli 141 nömrəli Sərəncamına dəyişiklik edilməsi ilə əlaqədar
Q ə r a r a a l ı r a m :
____________________
1. Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 3.11.5-ci bəndinə və
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir
Nuriyevin 24 iyun 2023-cü il tarixli 1-1-2/2-448/2023 nömrəli məktubuna əsasən
Goranboy rayonu ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanun
pozuntularının vaxtında aşkar edilməsi və nəticələrinin aradan qaldırılması
məqsədi ilə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarından ibarət mobil
qrupların yaradılması ilə əlaqədar kadr dəyişiklikləri ilə bağlı Goranboy rayon İcra
Hakimiyyəti başçısının 01 iyul 2025-ci il tarixli 141 nömrəli Sərəncamında
dəyişiklik edilsin.
1.1. Zaur Əliyev – Başçının müavini, Rayon İcra Hakimiyyəti başçısı
aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri - Dəliməmmədli, Xoylu, Qaradağlı, Yolqullar, Şadılı, Nizami, Dəyirmanlar,
Baxçakürd, Düzqışlaq, Quşçular, Fəxralı, Alpout, Hazırəhmədli, Kələk, Xınalı,
Sarov, Yəhərçi Qazaxlar inzibati ərazi dairəsi üzrə
1.2. Zöhrab Rüstəmov – Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosialiqtisadi
və memarlıq-tikinti məsələləri şöbəsinin, Memarlıq-tikinti məsələləri
sektorunun böyük məsləhətçisi
- Boluslu, Nərimanlı, Balakürd, Qızılhacılı, Yeniyol, Xan Qərvənd, Əlirzalı
və Tap Qaraqoyunlu inzibati ərazi dairəsi üzrə
1.3. Ramin Məmmədov - Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazitəşkilat
və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat
məsələləri sektorunun müdiri
- Səfikürd, Tatarlı, Qarqucaq, Zeyvə, Qaraçinar, Şəfəq, Aşağı Ağcakənd,
Yuxarı Ağcakənd, Börü, Buzluq, Todan, Erkeç, Yenikənd, Mənəşli, Rus Borisi,
Rəhimli, Veyisli, Gürzallar inzibati ərazi dairəsi üzrə
1.4. Səbuhi Məhərrəmov –Hüquq və kadr məsələləri sektorunun müdiri
- Borsunlu, Nadirkənd, Qazanbulaq, Goranlı, Qazançı, Qırıxlı, Muzdurlar,
Yolpaq, Kəhrizli, Səmədabad inzibati ərazi dairəsi üzrə
1.5. Rafət Qurbanov – Goranboy RİH başçısının Goranboy şəhər inzibati
ərazi dairəsi üzrə nümayəndəsi
- Goranboy şəhəri, Abbasqulular, Qarasüleymanlı, İrəvanlı və Kəpənəkçi
kəndləri
2. Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini şəhərsalma və tikinti
fəaliyyəti sahəsində baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi və
nəticələrinin aradan qaldırılması məqsədi ilə təyin olunmuş sahə inzibati ərazi
dairələri üzrə məsul şəxslərin işlərinə nəzarət edən inzibati ərazi üzrə məsul şəxs
təyin edilsin.
3. Sahə inzibati ərazi dairələri üzrə məsul şəxslər şəhərsalma və tikinti fəaliyyəti
sahəsində qanun pozuntularının vaxtında aşkar edilməsi və nəticələrinin aradan
qaldırılması ilə əlaqədar görülmüş işlər barədə hər ay həftənin sonuncu iş günü
yazılı hesabatı hazırlayaraq rayon İcra Hakimiyyətinin başçısına təqdim edilməsi
üçün inzibati ərazi üzrə məsul şəxs olan rayon İcra Hakimiyyəti başçısının birinci
müavininə təqdim etsinlər.
4. Sahə inzibati ərazi dairələri üzrə məsul şəxslər qeyd olunan istiqamətdə
fəlaiyyətlərini Şəhərsalma və tikinti Məcəlləsinin, Qeyri-yaşayış təyinatlı bəzi
tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanını (bu Fərmanın 4-cü və 8-ci
bəndlərində, 1.7-ci və 1.8-ci bəndlərində, 1.1.5-ci yarımbəndində göstərilən
tapşırıqlara xüsusi diqqət yetirilsin və onların icrasının müəyyən olunmuş
müddətlərdə təmin edilməsi üçün zəruri tədbirlər görülsün), Yerli icra hakimiyyəti
haqqında Əsasnamənin və bu sahədə münasibətləri tənzimləyən digər normativ
hüquqi aktların tələblərinə uyğun təşkil etsinlər.
5. Sahə inzibati ərazi dairələri üzrə məsul şəxslər tərəfindən görülən işlər barədə
təqdim olunmuş məlumatlar əsasında tərtib edilmiş hesabatların 2024-cü il
yanvarın 1-dən başlayaraq hər altı aydan bir Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına göndərilməsi təmin edilsin.
6. İnzibati ərazi üzrə və sahə inzibati ərazi dairələri üzrə məsul şəxslərin əlaqə
nömrələri və elektron poçt ünvanları olan siyahı qoşma olaraq Sərəncama əlavəedilsin və Goranboy rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində
yerləşdirilməsi təmin edilsin.
7. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Goranboy rayon İcra
Hakimiyyətinin başçısı: Məhərrəm Quliyev








