Rayon haqqında
Əhalisi
Goranboy rayonunun qeydiyyatda olan əhalisi -107,9 min nəfər, həmçinin 11,9 min nəfər qaçqın və məcburi köçkün əhali müvəqqəti məskunlaşmışdır. Ümumilikdə, rayon ərazisində 120 min nəfərə yaxın əhali yaşayır. Bunlardan 51,1 faizi kişi, 48,9 faizi qadınlardır. Əhalinin 75 faizi kəndlərdə və qəsəbələrdə, 25 faizi isə şəhər yaşayış məntəqələrində yaşayır. Milli tərkibi əsasən azərbaycanlılar olmaqla, az sayda ruslar və ukraynlar da yaşayır. Əhalinin orta sıxlığı 1 kv.km-də 63.47 nəfərdir. Əhalinin sayının artması həm təbii artım, həm də miqrasiya hesabına olur. Əhalinin əsas məşğuliyyəti - kənd təsərrüfatı, (heyvandarlıq, baramaçılıq, arıçılıq, əkinçilik, o cümlədən: meyvəçilik, tərəvəzçilik, pambıqçılıq və tütünçülükdür. ) ticarət və sənaye sahələridir.