Aqrar sahə
Tütün

2016-cı ildə-5,7 ton (məhsuldarlıq 9,5 sent/ha), 2024-cü ildə-17,2 ton (məhsuldarlıq 21,5 sent/ha) tədarük olunmuş və cari ildə 135,0 ha sahədə əkilmişdir.
Aqrar sahənin aparıcı sahələrindən olan tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq və tütünçülüklə məşğul olan insanların gəlir əldəetmə imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradılmışdır. Məlumat üçün bildiririk ki, əvvəllər rayonun Qarqucaq, Zeyvə, Şəfəq, Yenikənd və Qaraçinar kəndlərində, ümumilikdə 8 hektar sahədə tütün becərilirdi. Cari ildə bu sahənin inkişafı genişləndirilərək, Aşağı Ağcakənd qəsəbəsi ərazisində 2,45 ha sahədə tütün toxumu üçün 14 istixana qurulması nəzərdə tutulub və hal hazırda 6 istixana qurulub, bu istiqamətdə işlər davam etdirilir. Bu istixanalarda becərilən şitil toxumları xarıcdən gətirilir və torf kübrə qarışığı ilə əkilir. Hazırda burada 40 nəfərə yaxın mövsümi işlə təmin edilmiş, yaxın gələcəkdə 180 nəfərin işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Cari məhsul ili üçün 291 hektar sahəni əhatə edən torpaq sahəsində 5 mülkiyyətçi ilə bağlanmış müqavilə əsasında 127 hektar sahədə tütün əkini həyata keçirilmişdir. Hazırda tütün ştillərinin əkin sahələrinə köçürülməsi prosesi davam etdirilir. Əkin sahələri müasir suvarma sistemləri ilə tam təchiz olunmuşdur ki, bu da su ehtiyatlarından səmərəli istifadəni və məhsuldarlığın artırılmasını təmin edir. Əkin üçün istifadə olunan toxum sortu Virciniya (NC291) çeşididir ki, bu da keyfiyyətli və məhsuldar tütün sortları sırasında yer alır.








