Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və Rabitə

Əhaliyə rabitə və poçt xidmətinin həcmi artır

Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası ölkənin inkişafı üçün geniş imkanlar açıb. Bu inkişaf nəticəsində müasirləşən və modernləşən Azərbaycan beynəlxalq aləmdə neft-qaz, tolerant,  turizm ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları və kosmik əlaqələndiricilər ölkəsi kimi tanınıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da xüsusi önəm verir.
Bu sahənin inkişafına yönəldilmiş dövlət proqramları və zəruri islahatlar həyata keçirilir. Azərbaycan Prezidentinin təsdiq etdiyi «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı» rabitə və informasiya texnologiyalarının tətbiqinə yeni imkanlar açdı.
Dövlət başçısının «Xüusi iqtisadi zonaların yaradılması haqqında» Fərmanı isə İKT sektorunun inkişafına münbit zəmin yaratdı. Həyata keçirilən dövlət siyasətinin keyfiyyətlə yeni mərhələyə qədəm qoyduğunu göstərən «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)» təsdiq edilməsi haqqında ölkə başçısının məlum sərəncamı Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi respublikanın informasiya cəmiyyətinə keçidin təmin edilməsi baxımından əhəmiyyətli rol oynadı. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər, davamlı olaraq həyata keçirilir. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması», 2009-cu ildə ölkədə «Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» dövlət başçısının sərəncamı bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur.
Azərbaycan adı ilə ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən «Azərspase-1» tele-kommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. «Azərspase-1» peykinin 2013-cü ildə orbitə çıxarılması, daha sonra «Azersky»da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. Azərbaycanın peyk şəbəkəsi ölkəmizin suverenliyinə xidmət etmək və biznes layihəsi olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa dəstək verir. Peyk xidmətləri bazarında fəaliyyətdə olduğu dörd il ərzində peyklərin istismarında 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Rayonda da əhalinin telekommunikasiya və poçt xidmətinə artan tələbatın ödənilməsi üçün 2017-ci ildə tədbirlər həyata keçirilmişdir. İl ərzində 209 abonentə yeni telefon çəkilərək abunəçilərin sayı 15360-a, 408 ədəd yeni internet çəkilərək internet abunəçilərinin sayı 6026-ya çatdırılmışdır. Fəxralı, Alpout, Qurbanzadə, Quşçular kəndlərində 450 ədəd yeni rabitə dirəkləri istifadəyə verilmişdir. Fəxralı kəndi ərazisində 17 ədəd rabitə quyusu tikilmiş, 1250 metr məsafədə kabel-kanalizasiya xətti çəkilmişdir.
Quşçular, Qurbanzadə, Səfikürd, Tatarlı, Qaraçinar, Xan Qərvənd, Baxçakürd, Sarov, Yəhərçi Qazaxlar kəndlərinin xətt təsərrüfatında təmir işləri aparılmış, Xocalı məcburi köçkünləri üçün salınmış yaşayış massivində olan EATS-in tutumu artırılaraq şəhərin 58-ci kvartalında 60 ədəd yeni telefon çəkilişi aparılmışdır.
Qaradağlı və Ağamalıoğlu poçt şöbələrinə «Azərpoçt» MMC tərəfindən 2 ədəd modemlər quraşdırılaraq yerli EATS-lərdən internet xətti verilmiş, müasir tipli kompüter avadanlıqları ilə təmin olunaraq şəbəkəyə qoşulmuşdur.
Poçt filialı 2017-ci ildə ənənəvi xidmət göstərməklə yanaşı qeyri ənənəvi xidmətlərdən işıq, qaz, su, danışıq haqlarının qəbulu, qəzet və jurnalların satışı, hesabların açılması, beynəlxalq pul köçürmələrini, Dövlət Yol Polisinin cərimələrini, müqavilələrin bağlanmasını, DSMF və vergi rüsumlarının qəbulunu yüksək səviyyədə həyata keçirmişdir.

Keçidlər