Aqrar sahə
Aqrar sahə
Müvafiq Dövlət proqramlarının uğurlu icrası nəticəsində kənd təsərrüfatının ənənəvi, o cümlədən ixrac potensialı yüksək olan sahələrinin inkişafı yüksək səviyyədədir. Aqrar sektora yeni texnikaların cəlb edilməsi relyefi çətin ərazilərdə əkin sahələrinin artırılmasına, tədarükün çoxaldılmasına imkan yaradır. Bununla yanaşı, kənd təsərrüfatı sahələrinə göstərilən diqqət və qayğı bölgələrdə vətəndaşların sosial rifahının yüksəldilməsi ilə yanaşı yeni iş yerlərinin açılmasına da təkan verib. Dövlət tərəfindən yerli sahibkarlara subsidiyaların verilməsi, kənd təsərrüfatına marağın artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi aqrar sahədə mühüm nailiyyətlərin əldə olunmasına imkan verir.
Goranboy rayonun təbii şəraitindəki müxtəliflik özünü iqlim dəyişkənliyində də büruzə verir. Yüksək dağlıq tundra iqlimi, qışı quraq keçən soyuq iqlim, qışı quraq keçən mülayim-isti iqlim, yayı isti keçən yarımsəhra və quru çöl iqlimi mövcuddur. İqlimi mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda – 1,5 °C-dən – 1 °C-yədək, iyulda 22 °C-dən 26,5 °C-yədəkdir. Bu da öz növbəsində rayonda bir sıra, xüsusəndə pambıq, taxıl, tütün, barama və digər kənd təsərrüfatı məhsullarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq rayon hər zaman kənd təsərrüfatı məhsullarının istehsalına görə fərqlənmişdir. Rayonda iqtisadiyyatın əsasını aqrar sektor təşkil edir. Bu sahənin inkişafının təmin edilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən, müvafiq təşkilatlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar üçün əlverişli şərait yaradılır.