Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda taxıl biçinində yüksək məhsuldarlıq əldə olunur.

13 iyun 2020 | 09:20

Goranboy rayonunda cari məhsul ilində 23739 hektar sahədə taxıl, o cümlədən 8771 hektar buğda, 13755 hektar arpa və 1213 hektar xəsil əkilmişdir.
Hazırda rayonda arpa biçini davam etdirilir. Biçinə 100-dən artıq kombayn, 200-ə dək yük maşınları və traktorlar, baş verə biləcək yanğın təhlükəsinin dərhal alınması məqsədi ilə 30-a yaxın şum traktorları cəlb edilmişdir.
12 iyun 2020-ci il tarixə rayon üzrə 4176 hektar sahədən 13516 ton məhsul götürülmüşdür. Məhsuldarlıq 32,4 sentner təşkil edir. Bunula belə qənaətə gəlmək olar ki, bu il Goranboy rayonunda  yüksək məhsuldarlıq əldə ediləcəkdir.

Keçidlər