Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda fəaliyyət göstərən uşaq bağçaları ilə bağlı növbəti müsabiqə keçirildi

03 dekabr 2019 | 16:00

Goranboy rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin “ Rayonun məktəbəqədər təhsil müəssisələrində  uşaqların intellektual, fiziki və psixoloji inkişafının öyrənilməsi  məqsədi ilə müsabiqələrin keçirilməsi və bununla bağlı münsiflər heyətinin yaradılması” na dair sərəncamına uyğun olaraq, 03 dekabr 2019- cu il tarixdə rayonun Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirildi. Tədbirdə uşaq bağçalarında uşaqlarla aparılmış intellektual, fiziki və psixoloji təlim-tərbiyə işi ilə bağlı əyani kompozisiyalar nümayiş etdirildi və münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev iştirak etdi.

 

Keçidlər