Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda pambıq yığımı uğurla davam etdirilir

08 noyabr 2019 | 03:30

Goranboy rayonu ərazisində, cari ildə 3102 hektar sahədə pambıq  becərilmiş və bu günədək 6899,33 ton pambıq məhsulu istehsal edilərək adiyyəti üzrə qəbul məntəqələrinə təhvil verilmişdir. Sahələrdə bioloji məhsuldarlığın təyini ilə bağlı aparılmış araşdırmalar nəticəsində hər hektar sahədən orta məhsuldarlığın 22 sentnerdən artıq olacağı müəyyən edilmişdir. Hazırda pambıq yığımı sürətlə davam etdirilir. Qeyd edirik ki, pambıq tədarükünə görə rayonumuz Ümumrespublika göstəricisində ön sıralarda yer tutur.

 

Keçidlər