Şriftin ölçüsü :

Saytın rəngi :

Tatarlı kəndindən Vətən müharibəsi Şəhidi Rzayev Səməd Füzuli oğlunun ildönümündə məzarı ziyarət olundu.

30 noyabr 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri,  Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəallar  Səfikürd kənd  Şəhidlər Xiyabanında  Tatarlı kəndindən Vətən müharibəsi Şəhidi  Rzayev Səməd Füzuli  oğlunun ildönümü ilə bağlı, məzarını ziyarət etdilər, ruhuna dualar oxudular, əziz xatirəsini andılar. Rzayev Səməd Füzuli oğlu  Murovdağ-Suqovuşan-Ağdərə istiqamətində aparılan döyüşlərdə şəhid olmuş, Vətən uğrunda  və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

 

Keçidlər