Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri surətlə davam etdirilir.

23 fevral 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun xidmət təşkilatlarının rəhbərləri ilə birgə Goranboy şəhər  Olimpiya-idman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü, görüləcək işlər barədə müzakirələr aparıldı.
İcra Başçısı  tikinti işlərinin surətlə və keyfiyyətlə aparılması, nəzərdə tutulan bütün işlərin cari ilin mart  ayının sonunadək yekunlaşdırılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su, rabitə və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirdi.

 

Keçidlər