Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılgüllər Goranboya xüsusi yaraşıq və zövq verir.

25 may 2022 | 12:25

Goranboyda aparılan genişmiqyaslı tikinti, abadlıq və yenidənqurma işləri, yeni infrastruktur layihələrin reallaşdırılması, avtobomil yollarının asfaltlaşdırılması, piyada səkilərinin abadlaşdırılması, küçələrin gecə işıqlandırılmasının təmin edilməsi və xüsusən də, Goranboy şəhərinin müasir görkəm alması istiqamətində aparılan əsaslı işlər böyük diqqət çəkir. Şəhər mərkəzində, o cümlədən Heydər Əliyev Parkında və Heydər Əliyev prospektində mövsümi olaraq, yeni qızılgüllərin əkilməsi isə Goranboya başqa gözəllik və zövq verir. Məlumat üçün bildiririk ki, cari mövsümdə qeyd olunan ərazilərdə 3 mindən çox qızılgül kolları əkilmişdir.

Keçidlər