Goranboyda barama tədarükü başladı..
11 iyun 2022 | 09:11
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” Goranboy rayonunda da uğurla icra olunur. Cari ildə rayonda baramaçılıqla məşğul olan kümçülərə paylanılan 142 qutu ipəkqurdu toxumu özünün sonuncu mərhələsindədir. Belə ki, artıq baramanın tədarükü işləri aparılır. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər və aidiyyəti məsul şəxsləri ilə birgə Xan Qərvənd kəndində baramanın tədarükü ilə yerində tanış oldu.