Goranboy şəhərində abadlıq-quruculuq işləri əhatəli surətdə davam edirilir.
Hazırda, şəhərin əsaslı tikinti-quruculuq və abadlıq işləri başa çatdırılmaqda olan Qəhrəman Əmiraslanov küçəsində səki yandaşları və bardürlərin düzülməsi, işıq dirəklərin qurulması, gecə işıqlandırması işləri yekunlaşdırılmış və yeni asfaltın salınması işlərinə başlanılmışdır. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə aparılan işlərlə yerində tanış oldu, işlərin keyfiyyətlə aparılması və digər küçələrdə görülməsi nəzərdə tutulan işlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirdi. Ümumilikdə, Goranboy şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. İsmət Qayıbov, Nazim Hikmət, Səməd Vurğun, Nigar Rəfibəyli, İlham İsmayılov, Şıxəli Qurbanov, Mikayıl Müşfiq, Vüqar Bayramov, Xəqani, Qatır Məmməd küçələrində 15 150 kv.m asfalt örtük salınmışdır. İlham İsmayılov, Vidadi, İsmət Qayıbov, Mikayıl Müşfiq, Xəqani, Məmməd Məhərrəmov, Vaqif, Cəlil Məmmədquluzadə küçələrində 5720 metr səki yan daşları düzülmüş, 11 675 kv.m səkiyə asfalt örtük salınmışdır. Qeyd edilən bütün küçələrə 210 ədəd Led lampaqlar, məişət tullantısının toplanması üçün 80 ədəd qutu, 37 küçəyə ad bildirən lövhələr quraşdırılmışdır. Hazırda Şəhidlər Xatirə Kompleksində yenidənqurma işləri davam etdirilir. S.Civəzadə küçəsi 9-a ünvanında yerləşən Şəhid ailələri və digər imtiyazlı ailələr üçün inşa edilmiş 16 mənzilli yaşayış binasında fərdi qaydada kombi sistemi çəkilmişdir. 4 qəzalı yaşayış binasının yerində inşa ediləcək yeni binaların layihə-smeta sənədləri işlənilir. Yaxın vaxtlarda tikinti işlərinin başlanılması nəzərdə tutulmuşdur.