Şriftin ölçüsü :

Saytın rəngi :

Yolqulular kəndində Şəhid ailəsinin həyətində bayram tonqalı qalandı.

15 mart 2023 | 09:49

Goranboy rayonunun Yolqulular kəndində Vətən Müharibəsi şəhidimiz, Məmmədov Qəhrəman Qürbət oğlunun  ailəsinin həyətində,  rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailəsi, qazi, ictimai fəal və kənd ictimaiyyəti nümayəndələrinin birgə   iştirakı ilə Novruz bayramı  tonqalı qalandı. Tədbirdə iştirak edən şəhid ailələri və qazilər, onlara göstərilən xüsusi diqqətə və sosial qayğılarının həlli istiqamətində həyata keçirilən bütün işlərə görə  dövlət başçısı, möhtərəm Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirdilər.

Keçidlər