Şriftin ölçüsü :

Saytın rəngi :

Yolpaq kəndində vətəndaşın torpaq sahəsi su ilə təmin olundu

25 aprel 2025 | 09:19

Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən vətəndaş qəbulu zamanı, Yolpaq kənd sakini Alidə Həsənova əkin sahəsini suvarmaq üçün su verilməsinə köməklik göstərilməsini xahiş etmişdi. Vətəndaşın müraciəti rayon İcra Hakimiyyəti, Suvarma Sistemlərinin İstismarı idarəsinin məsul əməkdaşları və vətəndaşın birgə iştirakı ilə yerində araşdırıldı və vətəndaşın torpaq sahəsi su ilə təmin olundu.

Keçidlər