Yeni yol kəndində şəhid atasının rayon İcra Hakimiyyətinə müraciəti əsasında, beton kanalın və sel ötürücü arxın təmizlənməsi işləri aparılır
04 fevral 2025 | 10:18
Goranboy rayonunun Yeni yol kəndindən şəhid atası Hümbətov Vəli Xanış oğlunun, Xan arxı adlanan beton kanalın və sel ötürücü arxın lildən və kol-kosdan təmizlənməsi ilə bağlı rayon İcra Hakimiyyətinə ünvanladığı müraciəti, rayon İcra Hakimiyyəti əmədaşlarının və digər aidiyyəti məsul şəxslərin birgə iştirakı ilə yerində araşdırıldı. Hazırda ərazidə Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən müvafiq işlər aparılır.