Yəhərçi Qazaxlar kəndində vətəndaş müraciəti yerində həll olundu
25 noyabr 2024 | 17:18
Goranboy rayon İcra Hakimiyyətinin başçısının Yəhərçi Qazaxlar kəndində keçirdiyi vətəndaşların səyyar qəbulu zamanı, kənd sakini Ismayılov Mirdamət Mirəli oğlunun, pay torpaq sahəsinin yaxınlığında yerləşən subartezian quyusunun növbəlik qrafikinə daxil edilməsi ilə bağlı müraciəti əsasında, rayon İcra Hakimiyyəti və rayon Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin məsul əməkdaşlarının və vətəndaşların birgə iştirakı ilə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə görüş keçirildi, müraciət yerində həll olundu.