“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı Tatarlı kəndində su ehtiyatlarından səmərəli istifadə məqsədilə görüş keçirildi
11 noyabr 2024 | 11:12
“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı“-nın 4.4.. bəndinə uyğun olaraq, Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi tədbiri üzrə, Tatarlı kəndində rayon İcra Hakimiyyəti və Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşlarının və sudan istifadə edənlərin birgə iştirakı ilə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı görüş keçirildi.