"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, yolkənarı ərazilərdə həyata keçirilən genişmiqyaslı ağacəkmə işlərinə Dəliməmmədli sakinləri də qoşuldu.
23 oktyabr 2024 | 11:27
Goranboyda, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, yolkənarı ərazilərin abadlaşdırılması məqsədi ilə həyata keçirilən genişmiqyaslı ağacəkmə işləri davam etdirilir. Bu məqsədlə, Dəliməmmədli şəhəri ərazisində kütləvi ağac əkini işləri həyata keçirilir. Bu günədək 1000-dən çox ağac əkilmiş, ümumilikdə 3500 ağacın əkilməsi nəzərdə tutulmuşdur.