Şriftin ölçüsü :

Saytın rəngi :

Xoylu kəndində ilaxır çərşənbəsi Şəhid ailələri ilə birgə qeyd edildi.

15 mart 2023 | 10:30

Goranboy rayonunun Xoylu kəndində, rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailəsi, qazi, ictimai fəal və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Vətən Müharibəsi şəhidimiz, gizir Namazov Orxan Ceyhun oğlunun  ailəsinin həyətində torpaq-ilaxır çərşənbəsi qeyd edildi,  bayram tonqalı qalandı, özündə Novruz atributlarını nümayiş etdirən bayram süfrəsi açıldı.

30 il düşmən tapdağında qalan doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən  həyata keçirilən 44 günlük Şanlı Vətən Müharibəsindən sonra  xalqımız bütün bayramları əsl sevinc və qürur hissləri ilə qeyd edir. Bu sevinci, bu qüruru xalqımıza yaşadan Müzəffər Ali Baş Komandanımıza və Rəşadətli Ordumuza təşəkkürlərini bildirən tədbir iştirakçıları, şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə şəfa, Vətənimizə sülh, əmin-amanlıq, torpaqlarımıza və süfrələrimizə bol ruzi-bərəkət arzuladılar.

Keçidlər