Xocalı soyqırımı faciəsinin 31-ci ildönümü ilə bağlı, Aşağı Ağcakənd qəsəbəsində tədbir keçirildi.
26 fevral 2023 | 13:52
Tədbirdə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər rəhbər şəxslər, Goranboy və Xocalı rayonlarının ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və Vətən müharibəsi şəhidlərimizin xatirəsinə, xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış abidələri ziyarət etdilər.