Xan Qərvənd kəndində su istifadəçiləri ilə görüş keçirildi
24 aprel 2025 | 09:50
Azərbaycan Respublikası Prezidentinin 320 saylı Sərəncamının 9.2.1.3 (Su təsərrüfatlarında bələdiyyələrin rolunun artırılması və SİB-lərin fəaliyyətinin genişləndirilməsi) bəndinin icrasının təmin edilməsi ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti, Suvarma Sistemlərinin İstismarı İdarəsi, Dövlət Aqrar İnkişaf Mərkəzi, yerli bələdiyyə və sudan istifadə edənlərin birgə iştirakı ilə Xan Qərvənd kəndində görüş keçirildi. Su istifadəçilərinin müraciətləri əsasında bir neçə məsələnin həlli ilə bağlı yerində monitorinq aparıldı.