Şriftin ölçüsü :

Saytın rəngi :

Xan Qərvənd kəndində səyyar qəbul keçirildi

05 fevral 2025 | 12:26

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev,  rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Xan Qərvənd kəndində səyyar qəbul keçirdi. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirdi.

Keçidlər