Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq qəzetində " Yubiley mərasimləri davam edir " başlıqlı məqalə dərc edildi.

17 noyabr 2022 | 09:13

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar ölkəninşəhər və rayonlarında silsilə tədbirlər davam edir. Noyabrın 16-d partiyanın Goranboy, Qobustan və Yasamal rayon təşkilatlarında yubiley toplantıları keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Goranboy rayonunda YAP rayon təşkilatının sədri Elçin İsmayılov, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP İdarə Heyətinin üzvü Amin İsmayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev; Qobustan rayonunda YAP rayon təşkilatının sədri Qasım Qasımov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov; Yasamal rayonunda YAP rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və başqaları çıxış ediblər.
Natiqlər ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən və əbədiyaşar ideyalarından, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən, Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan danışıblar.
Toplantılarda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına Fəxri Fərmanlar təqdim edilib.



“Xalq qəzeti”

Keçidlər