Xalq qəzetində " Tərtərdə və Goranboyda selin fəsadları aradan qaldırılır " başlıqlı məqalə dərc edilib.
02 may 2023 | 09:28
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə hər iki rayonda gecə saatlarından zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolmuş sel suları nasoslar vasitəsilə çəkilir, yollardan və həyətyanı sahələrdən lil qatı təmizlənir, xüsusi texnikalar vasitəsilə suötürücü arxlar işlənərək genişləndirilir. Hazırda ərazidə bərpa və təhlükəsizlik işləri davam etdirilir. Əhaliyə və təsərrüfatlara dəymiş ziyan dəqiqləşdirilir.