Xalq qəzetində " Goranboyun Şadılı kəndində 160 illik tarixi olan su dəyirmanı indiyədək işləyir " başlıqlı məqalə dərc edildi.
Dövrünün sayılıb seçilən kişilərdən olan Şadılı İsgəndərə məxsus olan bu dəyirmanı işləyir hazırda onun nəvə-nəticələri işlədir. Kürəkçaydan ayrılan suyun işə saldığı dəyirman 50 kiloqram buğdanı 1 saata üyüdür və iş prosesinə elektrik enerjisi sərf edilmir.
Şadılı kəndi rayon mərkəzindən 35 kilometr aralıda yerləşsə də, su dəyirmanına maraq böyükdür. Nəinki rayon sakinləri, hətta ətraf rayonlardan da bura dən üyütməyə gəlirlər. Çünki burada üyüdülən un keyfiyyətli, bişirilən çörək isə xüsusi tama malik olur.
Bugünlərdə rayon rəhbərliyi su dəyirmanının fəaliyyəti, iş mexanizmi ilə yerində tanış olub. Qeyd edilib ki, bölgədə yeganə olan bu dəyirmanın həm də tarixi abidə kimi qorunması çox vacibdir.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri