Vətəndaşların nəzərinə:
25 yanvar 2023 | 11:01
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov 26 yanvar 2023-cü il tarixdə, saat 11:00-da, Goranboy şəhəri Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla qəbula yazıla bilərlər.