Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların nəzərinə:

21 iyun 2023 | 11:25

Azərbaycan Respublikasında vətəndaşların müraciətlərinin daha asan ünvanlanmasının təmin edilməsi məqsədi ilə   “ASAN Müraciət İnformasiya Sistemi”   yaradılmışdır.  Bu məqsədlə, “ASAN müraciət”–ə daxil olaraq, Goranboy rayonunu seçməklə müraciətlərinizi elektron qaydada ünvanlaya bilərsiniz.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən, ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılması tapşırığı verilmişdir. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  tərəfindən  “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədi ilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.  “ASAN müraciət” informasiya sistemi pilot layihə kimi ilkin olaraq, Sumqayıt şəhərində istifadəyə verilmiş və Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edib. Mobil tətbiqi “Android” və “iOS” əməliyyat sistemlərindən yükləmək mümkündür:

 

Keçidlər