Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimiz, Leytenant Orucov Nemət Əkbər oğlu Prezident cənab İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

07 noyabr 2021 | 02:06

Vətən müharibəsi şəhidimiz, Leytenant Orucov Nemət Əkbər oğlu Prezident cənab İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Orucov Nemət Əkbər oğlu 15 noyabr 1994-cu ildə Goranboy rayon Qaraçinar kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Goranboy rayon Qaraçinar kəndində torpağa tapşırılıb.Nemət Orucov daha əvvəl ölkə başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

 

Keçidlər