Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidimiz, Əsgər Tağıyev Elxan Fəxrəddin oğlu Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

07 noyabr 2021 | 02:06

Vətən müharibəsi şəhidimiz, Əsgər Tağıyev Elxan Fəxrəddin oğlu Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Tağıyev Elxan Fəxrəddin oğlu 26 fevral 1990-cı ildə Goranboy rayon Fəxralı kəndində anadan olub. 1 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Goranboy rayon Fəxralı kəndində torpağa tapşırılıb.Elxan Tağıyev daha əvvəl ölkə başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Keçidlər