Türkiyədən müalicədən vətənə qayıdan Goranboylu Vətən müharibəsi qazisi ehtiram və coşqu ilə qarşılandı.
Goranboy rayonu Borsunlu kənd sakini, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu -04 iyul 2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılıb və 44 günlük Şanlı Vətən Müharibəsinin iştirakçısı olub. 26 oktyabr 2020-ci ildə Fizuli –Xocavənd istiqamətlərində aparılan ağır döyüş əməliyyatları zamanı yaralanmışdır. Döyüşlərdə göstərdiyi xidmətləri ilə bağlı, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Qazimiz YAŞAT Fondunun xətti ilə, 25 mart 2021-ci il tarixdən Türkiyənin Bursa Fizik Tedavi Xəstəxanasında müalicə alır, 14 dəfə əməliyyat keçirib.
24 may 2022-ci il tarixdə vətənə qayıdan Qazimiz Nəsirov Elmar Elmir oğlu Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri, qazilər, rayon fəalları və ailə üzvləri tərəfindən Gəncə şəhər aeroportunda qarşılandı.
Qazimizlə Borsunlu kəndində görüşən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov və bir qrup rayon fəalları öncə Qazanbulaq qəsəbəsində şəhidlərimizin məzarlarını, sonra Qazimizin ailəsini ziyarət etdilər.
Qazimiz Nəsirov Elmar Elmir oğlunun 10 gündən sonra müalicəsinin davam etdirilməsi üçün yenidən Türkiyəyə-Xəstəxanaya qayıdacağı nəzərdə tutulmuşdur