Türkiyədə növbəti müalicədən qayıdan Goranboylu Qazimizi İcra Başçısı evində ziyarət etdi.
44 günlük Vətən müahribəsində ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazı, Goraboy rayonun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar Nəsirov növbəti müalicədən sonra evinə qayıdıb. Goranboy rayon İcra Hakimiyyətinin baçısı Məhərrəm Quliyev, bir qrup ictimai fəalla birgə qazimizi yenidən evində ziyarət etdi, səhhəti və ailəsinin sosial qayğıları ilə maraqlandı.
Elmar Nəsirov Vətən müharibəsi başlayarkən hərbi xidmətdə olub. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılıb, fədakarlıqla döyüərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Elmar müharibənin 30 günündə Füzuli-Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanıb. Bir müddət ölkəmizdə müalicə aldıqdan sonra 2021 ci illin martında "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib. Elmar Nəsirov Prezdent İlham Əliyevin sərancamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü ” medalları ilə təltif edilib.