Tatarlı kəndində vətəndaş müraciətlərinin araşdırılması ilə bağlı görüş keçirildi
26 noyabr 2024 | 10:11
Goranboy rayon İcra Hakimiyyətinin başçısının Tatarlı kəndində keçirdiyi vətəndaşların səyyar qəbulu zamanı, kənd sakinləri Rzayev Qnyaz Museyib oğlunun, elektrik xətlərinin kabelləşdirilməsi və Əliyev Həsən Cəlil oğlunun, əkin sahələrində ziyanvericilərə qarşı aqrotexniki mübarizənin aparılması ilə bağlı, ünvanladıqları müraciətləri əsasında, rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və rayon Paylayıcı Elektrik Şəbəkəsinin məsul əməkdaşlarının və vətəndaşların birgə iştirakı ilə görüş keçirildi, problemlərin həlli ilə bağlı, müzakirələr aparıldı.