Tap Qaraqoyunlu və Tap kəndlərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyata keçiriləcək.
26 sentyabr 2021 | 16:00
Tap Qaraqoyunlu və Tap kəndlərinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyata keçiriləcək. Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə Tap Qaraqoyunlu və Tap kəndlərinin suvarma suyu ilə təminatı vəziyyəti ilə bir daha yerində tanış oldu, kəndlərin bu sahədə problemlərinin operativ həlli üçün mövcud potensial imkanlardan səmərəli istifadə olunması məqsədi ilə, müzakirələr apardı, aidiyyəti məsul şəxslərə tapşırıqlarını verdi.