Tap Qaraqoyunlu kəndində Şəhidlər Xatirə Kompleksi ziyarət edildi, şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı
16 mart 2026 | 13:14
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və bir qrup şəhid ailələri ilə birgə, Tap Qaraqoyunlu kəndində Şəhidlər Xatirə Kompleksini və şəhid Milli Qəhrəman Niyazi Aslanovun büstünü ziyarət etdi, şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı.








