“Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi” ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətində tədbir keçirildi
01 may 2025 | 12:05
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.2. (Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi) bəndinə uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyətinin, rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun Goranboy rayon KOB dostunun, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və yerli sahibkarların iştirakı ilə rayon İcra Hakimiyyətində tədbir keçirildi.