Səyyar qəbulda olunan müraciətlərlə bağlı sakinlərlə görüş keçirildi
29 oktyabr 2026 | 15:26
Goranboy rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində keçirdiyi səyyar qəbul zamanı edilən müraciətlər rayon İcra Hakimiyyəti, aidiyyəti xidmət sahələrinin əməkdaşları və vətəndaşların iştirakı ilə yerində araşdırıldı. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin operativ həlli ilə bağlı tədbirlərin görüləcəyi, , digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparılaraq qanunvericiliyin tələblərinə uyğun aidiyyəti üzrə mərkəzi İcra Hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanacağı vətəndaşlara bildirildi.








