Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbulda olunan müraciətlər araşdırılaraq həlli üçün operativ tədbirlər görülür

10 avqust 2026 | 17:44

Goranboy rayon İcra Hakimiyyəti başçısının Tatarlı kəndində keçirdiyi səyyar qəbul zamanı edilən müraciətlər rayon İcra Hakimiyyəti, aidiyyəti xidmət sahələrinin əməkdaşları və vətəndaşların iştirakı ilə yerində araşdırıldı. Qəbulda kənd sakini Sadıqov Cavid Vahid oğlunun kənd sakinlərinin təhlükəsizliyi və ərazinin abadlığı məqsədi ilə kəndin ərazisində istifadəsiz vəziyyətdə olan telefon dirəklərinin götürülməsi ilə bağlı müraciəti həll olundu. Digər müraciətlər təhlil olunaraq tezliklə həll olunması üçün işlərə başlanılması planlaşdırıldı.

Keçidlər