Səyyar qəbulda olunan müraciətlər araşdırılaraq həlli üçün operativ tədbirlər görülür
29 iyun 2026 | 17:29
Goranboy rayon İcra Hakimiyyəti başçısının Abbasqulular kəndində keçirdiyi səyyar qəbul zamanı edilən müraciətlər İcra Hakimiyyəti, aidiyyəti xidmət sahələrinin əməkdaşları və vətəndaşların iştirakı ilə yerində araşdırıldı. Həlli yerli qurumların səlahiyyətləri daxilində olan məsələlərin həftə ərzində həll olunması, digər məsələlər barədə isə aidiyyatı qurumlara müraciət olunması planlaşdırıldı.








