Səyyar qəbulda olunan müraciətlər araşdırılaraq həlli üçün operativ tədbirlər görülür
17 iyun 2026 | 09:26
Goranboy rayon İcra Hakimiyyəti başçısının Qarapirimli kəndində keçirdiyi səyyar qəbul zamanı edilən müraciətlər İcra Hakimiyyəti, aidiyyəti xidmət sahələrinin əməkdaşları və vətəndaşların iştirakı ilə yerində araşdırıldı. Müraciətlər təhlil olunaraq qaldırılan məsələlərin qısa müddətdə həll olunması üçün işlərə başlanılması planlaşdırıldı.








