Səyyar qəbulda olunan müraciətlər araşdırılaraq həlli üçün operativ tədbirlər görülür
25 may 2026 | 14:30
Goranboy rayon İcra Hakimiyyəti başçısının Dəyirmanlar kəndində keçirdiyi səyyar qəbul zamanı edilən müraciətlər İcra Hakimiyyəti, aidiyyəti xidmət sahələrinin əməkdaşları və vətəndaşların iştirakı ilə yerində araşdırıldı. Qəbulda kənd sakini Məhərrəmov Neymət Yaqub oğlunun kənd ərazisində internetin sürətinin artırılması ilə bağlı müraciəti həll olunmuşdur. Digər müraciətlər təhlil olunaraq tezliklə həll olunması üçün işlərə başlanılması planlaşdırıldı.








