Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” Goranboyda

30 yanvar 2023 | 16:23

01 - 25 fevral 2023-cü il tarixləri arasında 25 gün  müddətində Gəncə Səyyar "ASAN xidmət”in nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla Goranboy şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında   əhaliyə səyyar xidmətlər göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Səyyar "ASAN xidmət”in nümayəndələri tərəfindən 5 gün müddətində səyyar şəkildə göstərilən bu xidmətlərə tərcümə xidməti, tibb xidməti, Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, Əmək pensiyalarının təyin edilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, Notariat fəaliyyəti daxildir. Səyyar xidmətin həyata keçirilməsinin əsas məqsədi isə dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar Asan Xidmətin iş qrafiki həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dəkdir).

Keçidlər