Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Məmmədov Səfiyar Elşən oğlu dəfn edildi.

15 sentyabr 2022 | 18:05

12-13.09.2022 ci il tarixlərində  Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu, Goranboy rayonu Qızılhacılı qəsəbəsindən, 01.01.2002-ci il təvəllüdlü Məmmədov Səfiyar Elşən oğlu Kəlbəcər istiqamətində şəhid olmuşdur.

Səfiyar Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Həmçinin Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyə   Cümhuriyyətinin “Yurdda sülh, cahanda sülh” medalı ilə də təltif olunmuşdur.

Şəhidimiz 15.09.2022-ci il tarixdə Balakürd kənd Şəhidlər Xiyabanında dəfn edildi. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, rayonun bütün rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

 

 

Keçidlər