Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz İmamquliyev Ümid Vüqar oğlu dəfn edildi.

15 sentyabr 2022 | 18:02

12-13.09.2022 ci il tarixlərində  Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Goranboy rayonu Qaradağlı kəndindən, 28.08.2003-cü il təvəllüdlü İmamquliyev Ümid Vüqar oğlu Kəlbəcər istiqamətində şəhid olmuşdur.

Şəhidimiz 15.09.2022-ci il tarixdə Qaradağlı kənd qəbirstanlığında  dəfn edildi. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı, rayonun bütün rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər,  rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Keçidlər