Şəhid Məmmədov Səfiyar Elşən oğlunun 40 mərasimi keçirildi.
26 oktyabr 2022 | 10:21
Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən Məmmədov Səfiyar Elşən oğlu, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olmuşdur. Şəhidimizin 40 mərasimi keçirildi. Mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri də iştirak etdilər.