Şəhid İmamquliyev Ümid Vüqar oğlunun 40 mərasimi keçirildi.
24 oktyabr 2022 | 16:29
Goranboy rayonunun Qaradağlı kəndindən İmamquliyev Ümid Vüqar oğlu, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olmuşdur. Bu gün Qaradağlı kəndinə şəhidimizin 40 mərasimi keçirildi. Mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov da iştirak etdilər.