Şəhid anasının problemi həll edildi.
18 avqust 2023 | 11:22
Goranboyda, “Heydər Əliyev İli” çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, aztəminatlı ailələrin və digər sosial qayğıya ehtiyacı olan şəxslərin problemlərinin öyrənilməsi və onlara zəruri hallarda maddi-mənəvi dəstəyin göstərilməsi məqsədi ilə əməli tədbirlər görülür. Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini aidiyyəti məsul şəxslərlə birgə Buzluq kəndindən, Vətən müharibəsi şəhidi Nağıyev Vüsal Əmirastan oğlunun anasının müraciəti əsasında problemin həlli üçün yerində baxış keçirdilər və anasının istəyinə uyğun olaraq həll edildi.