Şəhid anası evində ziyarət olundu.
04 iyul 2024 | 15:23
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, bir qrup ictimai fəallarla birgə, Tatarlı kənd sakini, şəhid anası Zərqələm Kazımovanı, həcc ziyarətindən qayıtması ilə bağlı, evində ziyarət etdi. İcra Başçısı şəhid anasına ziyarəti ilə bağlı, xoş arzularını bildirdi və şəhid ailəsinin sosial qayğıları ilə maraqlandı.