Şəhid anası evində ziyarət edildi
Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinin, xüsusən də şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, Şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur. Ziyarətlər və keçirilən görüşlər zamanı Şəhid ailələri və qazilər tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, tədbirlərin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, aztəminatlı ailələrin və digər sosial qayğıya ehtiyacı olan şəxslərin problemlərinin öyrənilməsi və onlara zəruri hallarda maddi-mənəvi dəstəyin göstərilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları bir qrup ictimai fəalla birgə, Yəhərçi Qazaxlar kəndindən, Vətən müharibəsi şəhidi Alıyev Laçın Rasim oğlunun anası evində ziyarət edildi, problemləri ilə maraqlanıldı.